İlham Rəhimov və Eldar Həsənov abxaz separatçılarını Bakıya çağırıblar

Baxış sayı:
5494

Oktyabrın 7-dən 9-dək Bakıda Qara dəniz -Xəzər regionu ölkələri hüquqşünaslarının iclası keçiriləcək. İclasla yanaşı həmçinin "Beynəlxalq terrorizm və müasir şəraitdə onunla mübarizə" mövzusunda konfrans olacaq. Bu konfransın təşkilatçısı Kremlə yaxın məşhur Rusiya biznesmeni İlham Rəhimovdur.
Konfransda həmçinin Azərbaycanın sabiq baş prokuroru və hazırda Serbiyadakı səfiri olan Eldar Həsənovun çıxışı gözlənilir.

Gürcüstan hökumətinə yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, konfransda sərbəst və müstəqil nümayəndə heyəti kimi Abxaziya xüsusi xidmət orqanlarının iki əməkdaşı iştirak edəcək, hansılar ki, keçmişdə Gürcüstanda separatçı hərəkatın aktiv iştirakçısı olublar.
Bu konfransda abxaz separatçılarının iştirakı faktı Gürcüstan tərəfini hiddətləndirib və o buna görə konfransda və hüquqşünasların iclasında iştirakdan imtina edib.
Virtualaz.org yaxın vaxtlarda Azərbaycan hakimiyyəti nümayəndələrinin mövqeyini təqdim etməyə çalışacaq.