​İlham Əliyev Şamaxıda - 44 mənzilli binanın təməli qoyuldu

Baxış sayı:
9373

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gəliblər.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

***11:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Dövlət başçısı yeni binanın təməlini qoyub.
Sonra inşaatçılarla xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət edilbər.