​İlham Əliyev Ərdoğanla görüşəcək

Baxış sayı:
5050

Türkiyənin İzmir şəhərində inşa edilən "Star” Neft Emalı Zavodunun açılış mərasimi bu gün Bakı vaxtilə saat 15:30-da keçiriləcək.
Bu barədə Türkiyə Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Mərasimdən sonra saat 17:00-da İlham Əliyevlə Ərdoğan arasında görüş olacaq.