​İLGİNC İDDİA - Telman İsmayılov Monteneqroda gizlənir?

Baxış sayı:
1306

Rusiyada sifarişli qətldə ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya” nəşrinə məlumatlı mənbə açıqlama verib.
Mənbənin sözlərinə görə, qaçaq biznesmen həmin ölkənin hakim dairələri ilə Rusiyaya ekstradisiya edilməməsinə dair razılığa gəlib.
Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Türkiyənin Antalya şəhərində, “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə qalırdı.
Ancaq İsmayılovlar Rusiyaya ekstradisiya olunacaqlarından ehtiyat etdiklərindən bir müddət sonra Türkiyəni tərk ediblər. \Teleqraf.com\