​İKİ SUPERGÜC GÖRÜŞÜR – Yenə Bakı seçildi

Baxış sayı:
3183

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti yanvar ayında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüşəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “BuzzFeed” portalı yayıb. Portal görüşün Bakıda baş tutacağını bildirib. Saytın məlumatına görə, bu, tərəflər arasında 2013-cü ildən bu yana ilk görüş olacaq.
Qeyd edək ki, Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.