​İki rayonun icra hakimiyyətindən İlkin Həsəninin İTTİHAMINA CAVAB

Baxış sayı:
8692

Tanınmış teleaparıcı İlkin Həsəni bildirib ki, Zərdab və Balakən rayonlarında "Buğlama" verilişinin çəkilişinə icazə verilməyib. Bu barədə İ.Həsəni sosial şəbəkədə etdiyi canlı yayım zamanı danışıb:
"Biz adətən harasa qonaq gedəndə ev sahibinə deyirik. Amma Zərdab və Balakəndə bizi müxtəlif bəhanələrlə yola vermişdilər. Ona görə də bu iki rayonda çəkilişimiz olmayıb".
Sözügedən məsələ ilə bağlı unikal.org-a açıqlama verən Zərdab rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev İlkin Həsəninin onlara müraciət etmədiyini bildirib:
"Onların Zərdab rayon icra hakimiyyətinə rəsmi müraciəti olmayıb.Bəzən elə olur çəkiliş üçün müraciət edəndə hesabat olur, və yaxud başqa tədbir olur.Ya da rayonun təbiətinə uyğun olaraq düzgün fəsil seçməyəndə biz çəkilişi başqa tarixə razılaşdırırıq.Ümumən çəkilişlərə rayon rəhbərliyi qərar verir, şərait yaradır.Bəzən deyirlər qalmağa yerimiz yoxdur.Biz də bu cür hallarda imkanımıza uyğun qərar qəbul edirik."
Balakən Rayon İcra Hakimiyyti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri bildirib ki, İlkin Həsəninin dediyi əsassızdır:
"Bizə veriliş çəkmək üçün hər hansı müraciət daxil olmayıb.Bizim rayonda televiziyaların çəkilişinə hər hansı bir maneə yoxdur.Çəkiliş üçün müraciət edəndə icra başçısının icazəsi ilə bu məsələlər cavablandırılır".