​İki ölkə Şimali Koreyaya görə müzakirəyə başlayır

Baxış sayı:
2764

Koreya Respublikasının və Yaponiyanın xarici işlər nazirləri Koreya Xalq Demokratik Respublikasının nüvə məsələsini müzakirə edəcəklər.
Muxalifet.az  xəbər verir ki, aprelin 11-də nəzərdə tutulan görüş Yaponiya xarici işlər naziri Taro Kononun Seula iki günlük səfəri zamanı baş tutacaq. Bu, Yaponiya xarici siyasət idarəsinə rəhbər təyinatından sonra Taro Kononun Cənubi Koreyaya ilk səfəri olacaq. Onun Cənubi koreyalı həmkarı xanım Kan Kyun-hva ilə görüşündə KXDR məsələsindən başqa, iki ölkə arasında münasibətlərə və hər iki tərəfi maraqlandıran ümumi mövzulara dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu səfər iki Koreya arasında, habelə Şimali Koreya və ABŞ liderlərinin may ayında nəzərdə tutulan görüşləri ərəfəsində keçiriləcək.