​İki ölkə arasında qalmaqal: Səfir saxlanıldı

Baxış sayı:
6688

Hindistan Pakistanın Yeni Dehli səfirliyində vəzifəli bir diplomatı saxladı.
Pakistan rəsmilərinin "Geo News” xəbər saytında əks edən açıqlamalarına görə səfirlik işçisi qanunsuz nəzarətə alınıb. Bildirilib ki, bir neçə saat saxlanan diplomat təzyiq altında bəzi sənədləri imzalayıb. Pakistan hökuməti, Vyana Konvensiyasına zidd olan hadisəndən Hindistan Xarici İşlər Nazirliyi yanında reaksiya verib və istintaq başladılmasını tələb edib.