Iki ölkə arasında böhran: 24 saat vaxt verdilər

Baxış sayı:
2275

Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanlarının bəzi insan haqları fəallarını nəzarətə almasından sonra Kanada tərəfindən verilmiş sərt bəyanatlar iki ölkə arasında diplomatik böhrana səbəb olub.
 
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi və rəsmi agentliyi “SPA”-dan verilən məlumatda, Kanada'nın Riyaddakı səfiri Dennis Horakın arzuolunmaz şəxs elan edildiyi və ölkəni 24 saat içində tərk etməsi lazım olduğu ifadə edilib
Qərar, kanada xarici işlər naziri Krısya Freeland və Kanada səfirliyinin Səudiyyə Ərəbistanında saxlanılan aktivistlərin dərhal sərbəst buraxılması ilə bağlı verdiyi bəyanatına cavab olaraq qəbul edilib və ticarət əlaqələri və investisiyaların dondurulduğu bildirilib
Məlumatda Səudiyyə Ərəbistanının Ottavadakı səfiri Nayif bin Bender Es Sedirinin də ölkəyə məsləhətləşmələr üçün dəvət edildiyi qeyd edilib.
Müxalifət.az