​İki nüvə dövləti arasında silahlı toqquşma: YARALILAR VAR

Baxış sayı:
5593

Kəşmirdə Hindistan və Pakistan ordularının təmas xəttində toqquşma baş verib.
Muxalifət.az xəbər verir ki, hər iki ölkə baş verən insidenti təsdiqləyib. Tərəflər insidentlə bağlı ziddiyyətli bəyanatlar yayıb.
Rəsmi Dehli baş verənlərdə Pakistanı günahkar bilib. Dehlinin iddiasına görə, hücum nəticəsində 1 Hindistan əsgəri və 6 mülki vətəndaşı həlak olub, 7 nəfər isə yaralanıb.
Pakistan ordusu isə yaydığı açıqlamada insidentdə Hindistanı günahkar bilib. Rəsmi İslamabad Hindistanın hücumu nəticəsində 10 pakistanlının yaralandığını vurğulayıb.