İki məscidə terror hücumu! Çox sayda ölü və yaralı var

Baxış sayı:
6154

Yeni Zelandiyanın Christchurch rayonundakı “Al Nur” məscidinə silahlı hücum təşkil olunub. Cümə namazı zamanı təşkil olunan hücumda çox sayda ölü və yaralı olduğu bildirilir.
 
Ölkə polisi silahlı hücumla bağlı açıqlama verərək şəhər mərkəzindəki insanların evlərindən bayıra çıxmamaları lazım olduğunu və bütün məktəblərin bağlanıldığını bildirib.
 
SİLAHLI ADAM QAÇDI
 
Hadisənin şahidi olan Len Peneha qara geyimli bir adamın Məscid-i Nur məscidinə daxil olduğunu, çox sayda insanı öldürdükdən sonra təcili xidmət gəlməmişdən əvvəl silahlı adamın qaçdığını deyib. Və sonra da məsciddən qaçan insanların olduğunu bildirib.

Müxalifət.az