​İdmançı və jurnalistlər terror qurbanı oldu: 25 ölü, 95 yaralı

Baxış sayı:
6043

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində dünən axşam törədilən iki partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 95 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Kabil polisinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, partlayış dünən axşam döyüş klubu yaxınlığında baş verib. Birinci partlayışdan az sonra ikincisi törədilib. Hər iki terror aktını intiharçı həyata keçirib.
Birinci partlayış nəticəsində ölənlərin 6-sı, yaralananların isə 10-u idmançıdır. İkinci partlayış nəticəsində isə “Tolo News” telekanalının iki jurnalisti ölüb, daha 4 reportyor yaralanıb.
Agentliyin məlumatında o da qeyd olunur ki, bir çox xəsarət alanlar, o cümlədən 7 polis əməkdaşının vəziyyəti ağırdır.
Az öncə yayılan məlumatda hər iki partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirilib.