​İdlibdə hücumlar dərhal dayandırılmalıdır - Akar

Baxış sayı:
3553

İdlibdə atəşkəs prosesinin mütləq davam etdirilməsi lazımdır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
"Bu atəşkəs rejiminin mütləq davam etməsini, davam etdirilməsini istəyirik. Qurudan və havadan aparılan bütün hücumlar dərhal dayandırılmalıdır. Sabitliyin təmin olunması ən mühüm təşəbbüsümüzdür", - Akar söyləyib.