İDLİBDƏ DÖYÜŞMƏDƏN MASADA SÜLH

Baxış sayı:
3769

Suriyada 7 ildir davam edən müharibəni dayandırmaq üçün açılan Astana prosesi çərçivəsində, 7 sentyabrda prezident Ərdoğan, Rusiya lideri Putin və İran prezidenti Ruhani arasında keçiriləcək Tehran Zirvəsi, müxaliflərin nəzarətindəki İdlib şəhərinə qarşı rejim milislərinin hücum planını təxirə salıb. Üçlü Sammit tarixinə qısa bir müddət qalmış Tehran-Şam-Moskva xəttində diplomatiya yolu sürətlənərkən, Əsədin təminatçıları Tehran Sammitinin İdlibdə həll məsələsində həlledici olacağı mesajını verib.
 
ZƏRİF DƏMƏŞQDƏ
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif müxtəlif danışıqlar aparmaq üçün Dəməşqə gedib. Hava limanında jurnalistlərə açıqlama verən Zərif, Suriya sülhü ilə bağlı təfərrüatların 7 sentyabrda Tehranda Türkiyə və Rusiyanın iştirakı ilə keçiriləcək üçtərəfli Sammitdə müzakirə olunacağını ifadə edib.
Həftəlik mətbuat konfransında açaıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi də İdlibdəki problemin həllinin mürəkkəb olduğunu və Tehrandakı toplantının Suriyada sülh və təhlükəsizliyi bir addım o tərəfə daşımağa yardım edə biləcəyini qeyd edib.
İdlib müzakirələrinə dair “İnterfaks” agentliyinə müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov da prosesin davam etdiyini vurğulayaraq "Türk həmkarlarımızla, Dəməşq rəhbərliyi, Astana formatının iştirakçıları olaraq İranlı həmkarlarımızla bölgədə terrorçularla normal silahlı müxalifləri ayırmaq və bu arada mülki vətəndaşların zərər görməməsi üçün fəal şəkildə işləyirik" deyə söyləyib. Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov da Putinin cümə günü Tehranda keçiriləcək Rusya-Türkiyə-İran üçlü zirvə toplantısında Suriyanın İdlib şəhərində planlaşdırılan kimyəvi hücum təxribatlarını ələ alacağını bildirib. “İzvestiya” qəzetinə danışan Uşakov, "İdlib və Suriya böhranının bütün can sıxıcı məqamları müzakirə ediləcək" - deyib.
 
REJİM GÖZLƏYƏCƏK
 
Digər tərəfdən, yerli mənbələr meydançada rejimin hücum hazırlıqlarını yavaşlatdığını, Əsədin xarici işlər naziri Vəlid Müəllim isə İdlib məsələsində Rusiya ilə Türkiyənin anlaşmasının mühüm olduğunu deyib. “Russia to day”-ə danışan Müəllim, "7 sentyabrda Tehranda baş tutacaq üçlü zirvə görüşünün nəticələrini gözləyək. Rusiya ilə Türkiyə arasında qarşılıqlı anlaşma olması çox mühümdür. Türkiyə ilə cəbhələşmənin tərəfdarı deyilik" deyib.
Müxalifət.az