​İdlib əməliyyatı Türkiyəyə necə təsir edəcək?

Baxış sayı:
3412

Hatay əhalisi Suriya xalqına qardaş kimi baxır. Qonşu Suriyada baş verənlər bura çox təsir etdi. Suriyadakı hakimiyyət imperialist ölkələri ilə vasitəçilik edən terror təşkilatlarına qarşı böyük bir qələbə qazandı.
Muxalifet.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert İbrahim Qanadlı bildirib.
"Qələbənin son halqası İdlib olacaq. İdlibdə yaşayan dinc əhalinin zərər görməsinə könlümüz razı ola bilməz. İdlib əməliyyatından sonra Suriya ilə sərhədlərin açılmasını gözləyirik. Əvvəllər Hatay xalqı keçmiş qohumlarının yanına gedirdi. Keçmişdə ticarət də var idi. Sözügedən əməliyyatdan sonra Suriya xalqı bütün etnik qruplarla birlikdə rahat nəfəs alacaq. Hatay xalqı Suriyadakı bu hadisələrdən iqtisadi və sosial baxımdan çox təsirləndi. Arzu edirik ki, Suriyadakı hadisələr tezliklə bitəcək", - Qanadlı deyib.