​İcra hakimiyyətinin qaza borcu var- 21 min ödəməlidir

Baxış sayı:
10078

İcra hakimiyyəti ilə "Azəriqaz" arasında məhkəmə çəkişməsi başlayıb.
“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətindən qaza olan borcu tələb edir. Borcun məbləği 20 976 manatdır. İcra hakimiyyəti bundan narazı qalaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İcra hakimiyyəti “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb ki, borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin.
Ancaq hakim Əfqan Ələkbərov işi icraata götürmədkdən imtina edib. Çünki icra hakimiyyəti iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib.
Hakim elan etdiyi qərarda bildirib ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət edilə bilər./Musavat