İcra başçısından ƏMR: Şöbə müdiri işdən çıxarıldı

Baxış sayı:
5056

Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Rəşid Həsənov işdən çıxarılıb.
Müxalifət.az report.az-a istinadən  xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əmr imzalayıb.
Həmin vəzifəyə təyinat olmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 7-də imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.