İbadi ABŞ sanksiyalarına uyacağını demişdi: İRAQ XİN ƏKSİNİ SÖYLƏDİ

Baxış sayı:
847

İraqın baş naziri Heydər əl-ibadi, ABŞ-ın İrana sanksiyaları ilə məşğul olmayacaqlarını, ancaq buna tabe olacaqlarını açıqlamışdı.
 
İbadinin bu açıqlamasına İrana yaxın Şiə qruplardan da sərt reaksiya gəldi.
Seçkidə ikinci yeri tutan “Fəth” Koalisiyasının sözçüsü Əhməd el-Əsədi, "Baş nazirin sanksiyayla bağlı sözlərinin altından qırmızı xətt qoyuruq. İbadi, siyasi nailiyyətlər əldə etmək üçün ABŞ-dan istifadə etmək həvəsindədir" deyib.
İraq Hizbullahı da İbadinin mövqeyinin İraq cəmiyyətinin İrana qarşı fikir və mövqeyini əks etdirmədiyini bəyan edib.
İbadinin üzvü olduğu Partiya və lideri Nuri el-Maliki də çıxışlarında bu sanksiyaları rədd etdiklərini bildirib. İbadinin açıqlamasına digər bəzi Şiə qruplar da qarşı çıxıb
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub, etdiyi yazılı açıqlamada, "İraq, hər hansı bir ölkəyə tətbiq edilən və xalqa zərər verən hər cür embarqonu rədd edir. Böhranlarda yanımızda dayanan qonşu ölkə İranın şərəfli davranışını da unutmarıq" deyə, qeyd edilib.
Hər hansı bir ölkəyə verilən zərərin bütün regionun təhlükəsizlik və sabitliyinə mənfi şəkildə təsr edəcəyini qeyd edən Mahcub, bunları qeyd edib:
“İran İslam Respublikasının İraqa terrorizmlə mübarizəsindəki yardımını təqdir edirik. Beynəlxalq ictimaiyyəti, ABŞ-ı sözügedən sanksiya qərarından imtina etməyə çağırırıq. Bunun, qonşu olduğu üçün İraq və bütün bölgəyə iqtisadi və sosial mənada mənfi təsirləri olacaq".
 Müxalifət.az