Həyat yoldaşını qətl edib, parçalara ayırdı, sonra...

Baxış sayı:
4144

Türkiyənin Mersin şəhərində qandonduran hadisə baş verib. Bankda çalışan xanımını qətl edən ər onu parçalara ayırıb. Qadına aid olan bəzi bədən hissələri qəbristanlıqdan tapılıb.

Publika.az xəbər verir ki, 36 yaşlı Mustafa E. həyat yoldaşı Cəmilə E.-nin itdiyini səbəb gətirərərk, polisə müraciət edib.

Qeyri- səhih ifadəsindən şübhələnən polis əməkdaşları qadının valideynlərilə görüşdükdən sonra araşdırmaya başlayıb. Daha sonra cütlüyün evindən qan izləri tapılıb. Polisin dərin araşdırmalarından sonra Cəmilənin cəsədindən bir neçə parçanı da tapmaq mümkün ölüb. Məlum olub ki, əri doğradıqda sonra hissələrini Mersin Şəhər Qəbristanlığındakı qəbirlərin birində basdırıb. Hazırda qatil ər həbs edilib, haqqında cinayət işi açılıb. Qətlin səbəbləri araşdırılır.