Hüsnü Mübarəkin 6 illik həbsdən sonra ilk görüntüsü

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu və nəvəsi ilə birlikdə tətil fotosu yayılıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, foto 6 illik həbs dövrünü tamamlayan Mübarəkin azadlığa çıxandan sonra ilk görüntüsüdür.
2011-ci ildə Ərəb baharı nəticəsində 30 illik hakimiyyətini itirən Hüsnü Mübarək etiraz aksiyalarında ölənlərə görə günahkar hesab edilmiş, lakin sonradan bəraət verilmişdi.
2012-ci ildə səhhəti pisləşən sabiq prezident o dövrdən etibarən həbs dövrünü xəstəxanada keçirib.
Mübarəkin azadlığa çıxandan sonra Misirin paytaxtı Qahirədə yaşadığı bildirilir.