Humanitar yardım adı altında Ermənistana raket sistemləri daşınır - PREZİDENTİN KÖMƏKÇİSİNDƏN AÇIQLAMA

Baxış sayı:
1760

Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.