​Hulusi Akarın İrana RƏSMİ SƏFƏRİ BAŞLADI

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Tehranda rəsmi səfərdədir.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Hulusi Akar Tehranda İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bakeri ilə görüşüb.
Görüşdə dövlət sərhədlərinin müdafiəsi, terrorçuluqla mübarizə və regional məsələlərin müzakirə ediləcəyi bildirilir.
Hulusi Akar həmçinin səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və Müdafiə naziri Əmir Xatəmi ilə görüşəcək.