​Hulusi Akar ABŞ generalı ilə görüşə getdi - AFRİN ƏMƏLİYYATI

Baxış sayı:
654

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Belçikaya səfər edib.
Muxalifət.az xəbər verir ki, Akar Brüsseldə NATO Hərbi Komitəsinin iclasında iştirak edəcək. O həmçinin Belçikada ABŞ Baş Qərargah rəisi Cozef Danfordla görüşəcək. Görüşdə əsas müzakirə mövzusunun Suriya və Yaxın Şərq məsələləri olması gözlənilir.
Qeyd edək ki, Akar dünən ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Körtis Skaparotti ilə görüşüb.