Hücumlardan sonra Suriyadan “Türkiyə” açıqlaması!

Baxış sayı:
5563

Türkiyənin Suriya tərəfindən nəzarət edilən İdlib bölgəsindəki müşahidə nöqtəsinə hücum təşkil edildiyi istiqamətindəki açıqlamasından sonra Suriya Xarici İşlər naziri ‘Ankara ilə qarşıdurma istəmədiklərini' söyləyib.
 
Rəsmi təmaslar çərçivəsində Çində olan Suriya Xarici İşlər naziri Velid Müəllim həmkarı Wang Ye ilə birlikdə təşkil edilən ortaq brifing əsnasında Türkiyəyə mesaj verib.
Müəllim "Ümid edirik ki, ordumuz və Türkiyə ordusu döyüşməyəcək. Bu bizim prinsipial mövqeyimizdir" deyib.
 
'TÜRKİYƏ SURİYADA NƏ ETMƏK İSTƏYİR?'
 
Müəllim ''Döyüşdüyümüz güclər terrorçulardır, xüsusilə İdlibdəkilər, hansı ki, ora da Suriya torpağıdır, ölkəmizin bir parçasıdır. Sual olunur, bəs Türkiyə Suriyada nə etmək istəyir? Türkiyə Suriya torpağının bir hissəsini işğal edir və Suriyanın müəyyən bölgələrində hərbi varlığı mövcuddur'' deyə söyləyib.
Suriyadakı səkkiz illik qarşıdurma prosesindən sonra hökumət əleyhdarı olan güclər İdlibdə toplandı. Əl Qaidənin Suriya qolu Əl Nusradan çevrilən Tahrir əl Şam bunların ən dominantlarından biri olaraq bilinir.
Suriyalı nazir ''(Türkiyə) Nusra cəbhəsinimi qoruyur? Şərqi Türkistan İslam Hərəkatının da daxil olduğu terrorçu qruplarımı qoruyur? Bu suallar Türkiyəyə soruşulmalıdır, gerçək məqsədləri nədir? Biz bu terrorçu qruplara və təşkilatlara qarşı döyüşürük. Bütün dünya bilir ki, bizim döyüşdüyümüz bu qruplar terrorçulardır'' deyib.
 
NAZİRLİK: HÜCUMA CAVAB VERİLDİ
 
Türkiyənin Milli Müdafiə Nazirliyi dünən yazılı bir açıqlama edərək Suriya ordusunun İdlib Gərginliyi Azaltma Bölgəsində nəzarət etdiyi Tall Bazan bölgəsindən Murak bölgəsində yer alan 9 nömrəli Müşahidə Məntəqəsinin bilərəkdən artilleriya atəşinə tutulduğunubəyan etmişdi.
Hücuma ağır silahlarla cavab verildiyi açıqlanmışdı.
Müxalifət.az