​Həsən Nəsrullah: “Suriyadakı silahlı qarşıdurmalar 1-2 il davam edəcək”

Baxış sayı:
704

Livanın “Hizbullah” partiyasının lideri Həsən Nəsrullah bildirib ki, Suriya ərazisində baş verən davamlı münaqişələr 1-2 ildən sonra sona çatacaq.
Muxalifət.az xəbər verir ki, 2012-ci ildən Suriyanın hökumət ordusunu dəstəkləyən partiya liderinin sözlərinə görə, Suriya höküməti bu günə qədər davam edən müharibə şəraitində kifayət qədər uğur əldə edib: “Şiə könüllülərinin Suriya torpaqlarından birdəfəlik uzaqlaşdırılması müharibənin nəticəsindən və ölkə liderlərinin verəcəyi qərardan asılıdır. Suriya hökuməti və könüllülər böyük uğurlar əldə etsə də, terror qruplaşmaları üzərində tamamilə qələbə qazanmaq hələ ki mümkün olmayıb”
İŞİD qruplaşması məhv edilsə də, onların gizli tərəfdaşları hələ də Suriya ərazilərindədir:
“İŞİD-in Suriya, Liviya və digər yerlərdə gizli şəkildə yaşayan silahdaşları var. Onlar özlərini bəlli etməsələr də, kiçik terror təşkilatı yaratmağa cəhd edirlər. Bundan başqa Suriyada mövcud olan daha bir terror təşkilatı da “Nüsra cəbhəsi”-dir. Onlara qarşı da tədbirlər görülməlidir”.