Hərəkətə keçdilər: ABŞ-a pis xəbər

Baxış sayı:
8584

İraqda Şiə lider Müqtəda əs-Sədrə bağlı Şairu Koalisiyasının üzvü və Məclisin sədrinin müavini Həsən əl-Kaabə, "ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün məclisdən qanun çıxaracağıq" deyib.
 
Kaabi yazılı açıqlamada, ABŞ prezidenti Trampın " İraqda baza saxlamağımın səbəblərindən biri İranı bir az izləmək istəməyimdəndir, çünki İran əsl problemdir", - deyə açıqlaması qınayıb.
"Tramp Aynü'l Esed bazasına etdiyi ziyarətdə olduğu kimi, İraq dövlətinin konstitusiya və qanunlarını bir dəfə daha pozdu." fikirini qeyd edən Kaabə, "Bu gün də başqa bir təxribatla ortaya çıxaraq güclərinin qonşu ölkəyə (İran) hücum üçün İraqda qalacağını söyləyib. İraqdakı ABŞ varlığını bitirmək üçün hər kəsə çağırış edirik" deyə vurğulayıb.
Kaabə İraqın başqa ölkəyə hücum bölgəsi olmasını qəbul etməyəcəklərini ifadə edərək, "ABŞ əsgərləri və nümayəndələrinin ölkədən çıxarılması və ABŞ ilə təhlükəsizlik razılaşmasının sonlandırılması üçün məclisdən qanun çıxaracağıq" deyib.
Şairu Koalisiyasının millət vəkili Sabah əs-Saadi də açıqlamasında, "Trampın açıqlamasından sonra ABŞ ilə təhlükəsizlik razılaşmasının sonlandırılması və əsgərlərini ölkədən çıxarmaq üçün qanun qəbul edilməsi 'milli zərurət' halına gəldi" deyə bildirib.
Müxalifət.az