Hərəkat öncəsi PKK/YPG-də ÇÖZÜLMƏ BAŞLADI

Baxış sayı:
1250

Əməliyyatdan öncəi Afrinde çözülmə başlayıb. Afrindəki PKK başçılarından olan Veyzi Hicazi, Azeze qaçaraq müxaliflərə təslim olub. "PKK-nın media şoularına kimsə aldanmasın", - deyən Hicazi, Türk ordusu hərəkatın başlamasından bir neçə saat sonra Afrinde olacaq - deyib.
 
Ötən günlərdə terror təşkilatı PKK-nın Afrini müdafiə etməkdən yayınaraq Azeze sığınan Veysi Hicazi adlı səhra komandiri çox mühüm məlumatlar verib. PKK-nın işğalında olan Minnığ bölgəsinə 1 il 4 ay ərzində məsul olan Hicazi, "PKK-nın media şoularına kimsə aldanmasın. Təşkilatın Türk əsgəri qarşısında davam gətirmək gücü yoxdur. Türk ordusu hərəkatın başlamasından 3 saat sonra Afrində olacaq" deyib. Afrindəki Rus əsgərlərinin bölgədən çəkildiyi məlumatını verən Hicazi, "Yalnız Cindərəsi bölgəsində Rus bayraqları qalıb. Xüsusən sərhəd boyunda bəzi PKK nöqtələrinə Rus bayrağı asıla bilər. Bu vəziyyət PKK-nın tələsi olaraq görülməlidir" deyib. "Əbu Uday kod adlı keçmiş PKK-lı bunları söyləyib:
 
"MAAŞIMIZ 1000 DOLLARDIR”
 
"Afrində 9 minə yaxın PKK-lı var. Bir də ABŞ-ın PKK-ya qatdığı Lival el-Aşair, Megavir Xüms, Ceyş el-Suvvar kimi örtük qruplar var. Bu şəxslərin maaşları Hasəkədəki təşkilatın rəhbəri Şahin Cilodan (Fərhad Abdi) gəlir. Rimeylanda maliyyə məsələlərlə bağlı bir orqan var və Afrindəki bütün PKK-lıların maaşları bu orqan tərəfindən ödənir. Pullar isə ABŞ-dan gəlir. Afrindəki PKK qərargahları 2016-cı il ərzində bəzi Amerikalı vətəndaşlar tərəfindən ziyarət edilib. Bütün ehtiyaclarımızı ödəyəcəklərini deyirdilər. Həqiqətən də elə oldu. 2017-ci ilin iyun ayına qədər 6 ay ərzində 1000 dollar maaş aldıq. Yüksək səviyyəli şəxslər o dövr  üçün son dərəcə “comərd” davranırdı, ancaq 2017-ci ilin iyunundan sonra maaşlarımız 200 dollara endirilib".
 
 “HƏR YERİ TALADIQ”
 
"Rusiyanın fövqəladə hava dəstəyi ilə Afrindən çıxaraq Tel Rüfət, Kefer Nasıh, Marenaz, Malikiyye, Aneb, Eyn Dakne, Ahraz kimi bir çox bölgəni ASO-dan aldıq. Girilən kəndlərdə ev heyvanları, xalça, mebel və şkaflar daxil hər şey talan edildi. Günlərlə Afrinə TIR-larla əşya daşındı. Məscidlər, məktəblər, xəstəxanalar, kəndlilərin taxılları da Afrinə daşınıb, satıldı. Qiymətli əşyalar yüksək səviyyəli rəhbərlərdən başlanaraq pay edildi. Bu qarət hadisəsində o qədər irəli getdilər ki, o bölgədəki qatar relsləri də sökülüb, Afrinə gətirildi və satıldı".
 
“HDP-dən BÖLGƏYƏ YARDIM GEDİR”
 
Suriyada PKK-ya 1 il 4 ay xidmət edən və 200 nəfərlik bir terror qrupunu idarə edən Veysi Hicazi, Suriyada PKK-ya Türkiyədəki HDP-li bələdiyyələrdən necə yardım getdiyini də söyləyib: "Başda Diyarbəkir olmaqla, HDP-li bələdiyyələrdən daim yardım göndərilirdi. Bələdiyyələrin Afrinə göndərdiyi materiallar arasında ərzaq, paltar və tibbi ləvazimatlar var idi. Həmçinin 2015-2016-cı illərdə HDP-li bələdiyyələr tərəfindən verilən iş maşınları ilə tikinti materialları regionda hələ də aktiv olaraq istifadə edilir. Əslən Hələbə bağlı Düdyen kəndindən olan Salah Cibbo, PKK-nın müxalifət regionları ilə bağlı fəaliyyətlərindən məsuliyyətli bir şəxsdir. Salah Cibbonun qardaşı Şiro Cibbo isə İstanbulda yaşayır və HDP ilə PKK-nın Afrin rəhbərliyi arasındakı əlaqəni təmin edir. Afrindən Türkiyəyə sızan və PKK ilə bağlı hər kəsin bütün ehtiyacları HDP tərəfindən qarşılanır. Əgər xəstə və ya yaralanmış isə əməliyyat və müalicə prosedurları yenə HDP-nin təmin etdiyi imkanlarla edilir".
 
AFRİNDƏKİ 1 NÖMRƏLİ ŞƏXSİ ADINI AÇIQLAYIB
 
 Veysi Hicazi, Afrində PKK təşkilatının ən başında duran şəxsin bölgəyə Türkiyədən gedən "Bektaş” adlı bir terrorçunun olduğunu və orada son sözü onun söylədiyini bildirib. Hicazi, "Mahmud Berhudan ilə Hacı Əhməd bu şəxsin tabeçiliyin altında və əmrində çalışırlar. Çox mühüm toplantılarda ortaya çıxan Bektaş, Kürd dilində və Ərəbcə bilmir, yanında davamlı olaraq Türkcədən Ərəb və Kürd dilinə tərcümə edən tərcüməçi alır. Bektaş, Afrin mərkəzində xüsusi bir qərargahda qalır və Qəndildən gələn bir komanda tərəfindən qorunur. Türkiyə mənşəli bu şəxs, Qəndil tərəfindən təxminən 2 il əvvəl bölgəyə təyin edildi və təşkilat daxili nizam-intizam məsələsində xüsusi işgəncə üsulları tətbiq edir" deyə, bildirib.
Müxalifət.az