Hərbi xunta rəhbərinin GİZLİ QÜDS PLANI - Sensasion faktlar

Baxış sayı:
3377

Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Sisinin, Trampın Qüds qərarı məsələsində ikili oynadığı ortaya çıxıb.
 
Misirdəki hərbi xunta rəhbərliyinin, Trampın Qüds qərarının xalq tərəfindən qəbul edilməsi üçün gizli planlar həyata keçirdiyi ortaya çıxıb. Ələ keçirilən telefon qeydlərində, hərbi xuntanın kapitanı Əşrəf əl-Kolinin “talk şou” proqramının aparıcılarından tamaşaçıları "Qüdsün önəmli olmadığına" inandırmağı tələb etdiyi üzə çıxıb.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına zəif təpki göstərən Misirin hərbu xuntaçı rəhbəri Sisi hökumətinin, arxa planda ölkə mediasında Qüds qərarını təhrif etməyə yönəlik təbliğat aparmaq istəyində olduğu iddia edilib. ABŞ-ın “The New York Times” qəzetində dərc olunan bir yazıdakı iddiaya görə, Misir kəşfiyyatından kapitan Əşrəf əl-Koli adlı bir səlahiyyətli, ölkənin ən çox izlənən “talk şou” proqramının aparıcılarına zəng edərək, Qüdsün özləri üçün "çox da əhəmiyyətli olmadığı" istiqamətində tamaşaçıları inandırmağı tələb edib.
 
“İCTİMAİYYƏTİNİ İNANDIRMAĞA ÇALIŞIN” TƏLİMATI
 
“The New York Times” tərəfindən ələ keçirilən telefon danışıqlarında, kapitan Kolinin, "Digər Ərəb qardaşlarımız kimi, biz də qərarı dövlət qarşısında pisləyərik" dediyi bildirilib. İsrail ilə mübarizənin Misirin milli problemi olmadığını deyən Kolinin, proqram aparıcılarına, "Qərarı qınamaq əvəzinə, tamaşaçıların qərarı qəbul etməsini təmin edəcək şəkildə proqram hazırlayın" deyə, tövsiyə etdiyi qeyd edilib. Fələstin rəhbərliyinin, hazırda yerləşdiyi Ramallah şəhəri ilə yetinməsinin lazım olduğunu bildirən Kolinin, "Qüdsün Ramallahdan nə fərqi var ki”? şəklində bir sualı da danışdığı proqram aparıcılarına çatdırdığı ifadə edilib. Kapitan Kolinin danışdığı aparıcılardan olan Əzm Megahed, telefon danışığı ilə bağlı təqdim edilən qeydlərin düzgün olduğunu təsdiq edib.
 
ÜMUMİ DÜŞMƏN: İRAN
 
Ərəb dünyasının öndə gələn ölkələri olan Misir və Səudiyyə Ərəbistanının son dövrdə İsrailə qarşı davranışlarında baş verən dəyişiklik diqqət çəkir. İsrail rəhbərliyinin Fələstinlilərə qarşı zülmünə illər boyu qarşı çıxan Qahirə və ər-Riyad rəhbərliyi, artıq "müştərək düşmən" kimi İsraili deyil, İranı görürlər və Müsəlmanların ilk qibləsi olan Qüdsün işğalını da çox rahatlıqla gözardı edə bilirlər.

Müxalifət.az