Hərbi helikopterlərimiz Türkiyəyə yola düşdü - Foto

Baxış sayı:
4708

Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.