Hərbçiləri aparan avtobus qəzaya uğradı

Baxış sayı:
3742

Gürcüstanda hərbiçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qəza Quriya regionunun Şekveteli kurort qəsəbəsinin yaxınlığında baş verib.

Nəticədə 12 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Bildirilir ki, hərbçilər Batumidən Senakidəki hərbi bazaya gedirmişlər.

Yaralılar təcili yardım maşınları ilə Kobuletidəki xəstəxanalara çatdırılıblar.