“Hər kəs Suriyanı tərk etsin” – Ərdoğan

Baxış sayı:
3883

Türkiyənin prezidenti Ərdoğan, Azərbaycan qayıdan zaman təyyarədə səfərini müşayiət edən mətbuat nümayəndələrinin suallarını cavablandırıb
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İdlibdə prosesin belə davam etdiyi təqdirdə acınacaqlı nəticələri ola biləcəyini qeyd edərək "Buna imkan vermədən, həm Rusiya, həm koalisiya gücləri ilə həll yolunu tapmamız lazımdır" deyib.
Ərdoğan "İdlibde vəziyyət iki üç gündür sakitdir. Edilən cəhdlərin bir nəticəsinin olduğu görünür. Amma hələ də biz qane deyilik" deyib.
"Sözdə hamı Suriyanın ərazi bütövlüyündən bəhs edir. Amma praktikaya baxdığınız zaman, hər kəs öz maraqlarını ortaya qoymuşdur. Bir ölkənin 22 bazası var, bir digərinin 5 bazası var. Türkiyə olaraq bizim isə elə bir dərdimiz yoxdur" deyən Ərdoğan, bunları söyləyib:
 
HƏR KƏS SURİYANI TƏRK ETSİN
 
"Biz maraqlar dərdində deyilik. Yekun fikrimiz budur: Birincisi, konstitusiyanın hazırlığı, ikincisi isə seçkilərin içəridə və kənarda bütün Suriyalıların iştirakı ilə keçirilməsi. Bundan sonra içi biz qarışıq Suriyada  kimlər var isə gəlin birlikdə Suriyanı tərk edək. Bundan da başqa çıxış yolu ola bilməz".
 Müxalifət.az