​Hollandiyadan Ərdoğanla bağlı gözlənilməz addım

Baxış sayı:
3478

Hollandiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunan bir nəfər barədə istintaq başladılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hollandiya mətbuatı yazıb.
Məlumata görə, istintaqa cəlb olunan şəxs dəfələrlə Türkiyənin Laheydəki səfirliyinə Ərdoğanla bağlı təhqir dolu ifadələr yazılmış elektron məktublar göndərib. Səfirlik rəsmi qaydada hüquq mühafizə orqanlarına şikayət edib.
Təqsirləndirilən şəxsin cümə günü “dost ölkənin liderini təhqir etmək” maddəsi ilə məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Hollandiya qanunlarına görə, bu maddə ilə sözügedən şəxs 8 aya qədər həbs cəzası ala bilər.