Hollandiyada növbəti FETÖ-çu güllələndi

Hollandiyada FETÖ terror təşkilatının iş adamlarına qarşı hücumlar davam edir.
 
Hollandiyada fəaliyyət göstərən HFC-nin (Halal Fried Chicken) sahibi güllələnib. Hadisə 11 sentyabr axşam saatlarında baş verib. Bədənindən və başından güllə yarası ilə xəstəxanaya çatdırılan Ali Ekrem Kaynakın həyatını xilas etmək mümkün olmayıb. Onun HFC-nin sahibi olduğu bildirilib.
Qeyd edək ki. 3 həftə bundan əvvəl HFC-nin ortaqlarından biri olan Zeki Dilek də güllələnmişdi. Onu ayağından vurmuşdular. Hər iki biznesmen FETÖ terror təşkilatının ən yaxın adamlarıdır. Onlar dəfələrlə FETÖ-nun tədbirlərini təşkil ediblər.
Son vaxtlar hər iki ortağın maddi problemləri olub. Hətta onların Hollandiya hökuməti tərəfindən maddi cəhətdən sıxışdırıldığı iddia olunur./olke.az