Həmin sövdələşmə ləğv olunur?!... - “BİLD” SENSASİON MƏLUMAT YAYDI

Baxış sayı:
4189

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin təchizatına dair müqaviləyə yenidən baxa bilər.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri Türkiyənin diplomatik çevrələrindəki mənbələrə istinadən yazıb.

Müqaviləyə əsasən Türkiyə S-400 komplekslərinin birinci partiyasını ilin sonuna qədər almalıydı. Lakin bu yaxınlarda prezident Ərdoğan Rusiyaya səfərindən sonra bəyan etmişdi ki, komplekslərin birinci partiyası daha tez-iyul ayında çatdırıla bilər.

Qəzet yazır ki, Türkiyə ABŞ prezidenti Donald Trampın iradəsinin ziddinə olaraq kompleksləri əldə etməkdə israrlı idi. Baxmayaraq ki, ABŞ S-400 komplekslərinin alınmasına cavab olaraq Türkiyəyə sanksiyalar tətbiq edəcəyi, F-35 qırıcılarının Türkiyəyə satışından imtina olunacağını dəfələrlə bildirib.

“Bild” iddia edir ki, hazırda vəziyyət dəyişib. Türkiyə lirəsinin dəyərdən düşməsi və Birləşmiş Ştatların artan təzyiqləri Ərdoğanı yenidən düşünməyə vadar edir.

Xəbər verildiyi kimi ABŞ Türkiyəyə S-400 komplekslərinin əvəzində özünün “Petriot” sistemlərini təklif edir. Amma Ankara bildirir ki, bu komplekslər daha bahalıdır və üstəlik taktiki-texniki göstəricilərinə görə Rusiya raket komplekslərindən geri qalır.