HƏMAS İsrailin Qəzzaya göndərdiyi humanitar yardımı geri qaytardı - FOTO

Baxış sayı:
5455

"Hazırda Qəzza zolağında təhlükəsizlikə bağlı mövcud vəziyyət və tibbi avadanlıqların çatışmaması ilə əlaqədar İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib".
 
Muxalifət.az xəbər verir ki, bu barədə apa-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda deyilir ki, göndərilmiş humanitar yardım Qəzzaya daxil olsa da, geri qaytarılıb: "Səhiyyə sisteminin ağır vəziyyəti və tibbi təchizatın olmamasına baxmayaraq, HƏMAS humanitar yardımı qəbul etməkdən imtina edib və yerli hakimyyət orqanlarına onları İsrailə geri göndərməyi tapşırıb".