Həmas bəyan etdi: İsraillə atəşkəs yoxdur!

Baxış sayı:
15169

İsrailin Kanal 12 televiziyası Həmas ilə İsrail arasında atəşkəs əldə edildiyini bəyan edib.. Həmas-ın sözçüsü Berhum atəşkəs iddiasını sosial media hesabından yalanlayıb. Mühasirə altındakı Qəzzə Zolağında rəhbərliyi əlində tutan Həmas ilə İsrail arasında keçici atəşkəsin əldə edildiyi ifadə edilib. İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, BMT və Misirin vasitəçiliyi ilə Həmas ilə İsrail arasında 6 aylıq atəşkəs əldə olunub. Keçici atəşkəsə görə, Həmas Qəzzə Zolağının sərhədində təşkil ediləcək nümayişlərdə Fələstinliləri sərhəddən 300 metr uzaqda tutacaq. Buna qarşılıq Təl Əviv rəhbərliyi Qəzzalı balıqçıların ovlanma məsafəsini 15 milə çıxaracaq, İsrail üzərindən tibbi və humanitar yardımların Qəzzaya aparılmasına icazə verəcək. HƏMAS-dan YALANLAMA Həmas-ın sözçüsü Fevzi Berhum Twitter hesabından etdiyi yazılı açıqlamada, "İsrail mətbuatında gedən “Həmas ilə 6 aylıq atəşkəs əldə edildi” yönündəki xəbərlər doğru deyil" deyə qeyd edib. Berhum İsrailin bütün razılaşmaları tətbiq etdiyi təqdirdə atəşkəs olacağını vurğulayıb. Qeyd edək ki, İsrail 2006-cı ildən bu yana təxminən 2 milyon Fələstinlinin yaşadığı Qəzzə Zolağını quru, hava və dənizdən mühasirə altında tutur. Müxalifət.az