Hələbdə yağmalama uğrunda ƏSƏD MİLİSLƏRİ ARASINDA QIRĞIN

Baxış sayı:
5065

Əsəd rejiminə bağlı Şebiha milislər ilə İran tərəfindən Suriyaya gətirilən Şiə döyüşçüləri arasında Hələbdə toqquşma baş verib. Tərəflər qarət və talan bölgələrini bölüşdürə bilmədiklərindən bir birinə giriblər, nəticədə iki tərəfdən 85 nəfər ölüb, 110 nəfər yaralanıb.
 
ƏSƏD REJİMİ SEYRÇİ QALIB
 
Əsəd ordusu, Berri və Beggara tayfalarına mənsub Şebbiha milisləri ilə İran dəstəkli Şiə döyüşçülərinin silahlı toqquşmasına hər hansı bir müdaxilə etməyib. ASO birliklərindən Ceyş-il Mücahid-in keçmiş siyasi sözçüsü Zəkəriyyə Mollahafçı, Hələbdə davam edən münaqişələri İran və Rusiya arasında adı qoyulmamış nüfuz mübarizəsi kimi səciyyələndirib.
 
YAĞMALAMA QANUNU ÇIXDI
 
“Yeni Şəfəq” qəzetinə açıqlama verən sözçü, Əsədin müxalifətçilərə aid mülkləri ona dəstək verən xarici terrorçulara peşkəş etdiyini söyləyib. Mollahafçi, Dəməşq hakimiyyətinin 4 ay əvvəl müxalif bölgələrin talan edilməsini qanuniləşdirmək üçün "Milli Əmlak Qanunu” qəbul etdiyini söyləyib.
 
ASO BÖLGƏLƏRİNİ BÖLÜŞƏ BİLMƏDİLƏR
 
1 il içərisində Əsəd rejiminə gələrək mülkiyyətləri üçün sənədləşmə müraciətində olmayanlar mülkiyyət hüquqlarını itirmiş sayılacaq. ASO qoşunları 5 il ərzində Hələbin 65 faizinə nəzarət edib. Toqquşmalar da ASO-dan boşalan əraziləri bölüşə bilmədikləri üçün baş verdiyi bildirilir.
Müxalifət.az