​Hizbullahdan ABŞ-a qarşı çağırış: HÜCUMA KEÇİN...

Baxış sayı:
4696

Vaşinqton səfirliyin Təl-Əvivdən Qüdsə köçürmək qərarı verməklə ərəb dünyasındakı cinayət tərəfdaşlarını və Fələstinin suverenliyini gözardı etməyi hədəfləyir.
Muxalifət.az xəbər verir ki, bu barədə Hizbullah hərəkatının bəyanatında deyilib.
 “Ərəb cinayət ortaqlarının bu işdə əlinin olması ABŞ-ı səfirliyin köçürülməsi işində daha da cəsarətləndirib. Bu qərar müsəlman dünyasına, ərəb xalqına və bütün beynəlxalq ictimaiyyətə hörmətsizlikdir. Müqəddəs məkanlara yenidən sahib olmağın yolu müqavimət hərəkatı və intifadadır”, - deyə bildirilib.
Qeyd edək ki, ABŞ hökuməti mayın 14-də səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul edib.