Hizbullah terror təşkilatı adlandırılsın - Çağırış

Baxış sayı:
15079

Bəhreynin Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd Avropa Birliyini Livandakı Hizbullahı terror təşkilatı siyahasına daxil etməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, o, AB-dən və digər ölkələrdən İngiltərə kimi Hizbullahı terror təşkilatı adlandırmağı istəyib.
"İran dövləti terroru tətbiq edir. Bəhreyn və bir çox İslam ölkəsi İranın dəstəklədiyi Hizbullahın teraktlarından əziyyət çəkir. Hizbullahın siyasi qanadı da, hərbi qanadı da terrorçudur".
Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə hökuməti Hizbullahı terror təşkilatı elan etdiyini bəyan edib.