Hindli baş nazir Pakistana işləyir - ŞOK İDDİA

Baxış sayı:
6070

Hindistanın aparıcı müxalif partiyası – Hindistan Milli Konqresinin sədri Rahul Qandi ölkənin baş naziri Narendra Modini Pakistanın maraqlarını müdafiə etməkdə ittiham edib.
Müxalif lider eyni zamanda Modini keçmiş pakistanlı həmkarı Nəvaz Şərifi sanki uzun illərin dostu kimi qucaqladığına görə də qınayıb.
Qandi həmçinin 2016-cı ildə Pathankot aviabazasına təşkil edilən hücumun araşdırılmasını da tələb edib.
Qeyd edək ki, Rahul Qandi İndira Qandinin nəvəsidir./Axar