​Hindistanda kimya zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ: Çox sayda ÖLÜ VƏ YARALI VAR

Baxış sayı:
10753

Hindistanda dəhşətli partlayış baş verib.
Publika.az xəbər verir ki, Maharaştra əyalətindəki kimya zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 58 nəfər yaralanıb.
Zavodda bir neçə balon partlayıb, daha sonra güclü yanğın baş verib. Hadisə zamanı binada 100-ə qədər işçinin olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.