​Hindistanda avtobus dərəyə aşdı - 26 UŞAQ ÖLDÜ

Baxış sayı:
2734

Hindistanda məktəb avtobusunun qəzaya uğraması nəticəsində azı 26 şagird ölüb.
 
Muxalifət.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ximaçal-Pradeş ştatında olub.
Bildirilib ki, avtobus 30 metr dərinliyindəki dərəyə yuvarlanıb.
Yol-nəqliyyat hadisəsinin səbəbi araşdırılır.
Avtobusda özəl məktəbin 5-ci və daha aşağı sinfinin şagirdləri olub. “İndia Today” qəzeti avtobusda 40-a yaxın məktəbli olduğunu iddia edib.