Hindistana məxsus vertolyot düşdü! 6 ölü

Baxış sayı:
8056

 Hindistanın Cammu Kəşmir bölgəsində Hindistana aid bir hərbi vertolyot qəzaya uğrayıb.
 
Hindistan mətbuatının yüksək səviyyəli müdafiə rəsmilərinə əsaslandırdığı xəbərinə görə, Cammu Kəşmirdə Hindistana aid MI-17 tipli hərbi vertolyot düşüb.
Rəsmi şəxslər hadisədə 6 Hərbi Hava Qüvvələri əməkdaşı və bir mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
“NDTV” xəbər kanalı Pakistanın vertolyotun düşməsi ilə əlaqəsinin olmadığını bildirib.
Rəsmilər vertolyotun düşmə səbəbinə dair hər hansı açıqlama verməyib.
Müxalifət.az