​Hindistan vətəndaşları Bakıda QƏZAYA DÜŞDÜ

Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. Hindistan vətəndaşı Venigapol Krişna Kumarın idarə etdiyi “Nissan” markalı avtomobil Bakı şəhər sakini Qorqud Məmmədlinin idarə etdiyi “Toyota Land Gruiser” markalı maşınla toqquşub. Nəticədə “Nissan”ın sürücüsü və qadın sərnişini, 1983-cü il təvəllüdlü Manqalat Prethi Ullas xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.