Hindistan narkoman tutuquşuların hücumuna məruz qalıb - VİDEO

Baxış sayı:
1843

Hindistanın Madxa-Pradeş ştatında fermerlər narkoman tutuquşuların müntəzəm hücumlarından əziyyət çəkirlər. 
Muxalifet.az-ın ren.tv-yə istinadən məlumatına görə, artıq tiryək asılılığı yaranmış quşlar lalə becərən fermerlərin təsərrüfatları üçün ağır təhdidə çevriliblər.
Yerli sakinlər səsgücləndirici qurğular və partlayış səsləri ilə quşları qorxutmağa çalışırlar.
Fermerlərin sözlərinə görə, bir tutuquşu gün ərzində 40 çiçək yeyir ki, onların da tərkibində 20-25 qram tiryək olur. Quşlar yemeklə qalmayıb, çiçəkləri qoparıb özləri ilə aparırlar.
2015-ci ildən bu yana davam edən narkoman tutuqusu “terroru”na hökumət hələ ki, əncam çəkməyib.