Hillari Klintona təqaüddə olan hərçidən təpki: “Tezliklə həbsə girəcəksiniz”

Baxış sayı:
11134

ABŞ prezidenti Donald Trampın prezidentlik seçkisində rəqibi olan Hillari Klinton Las Las-Veqasda qatıldığı bir proqramda təpki ilə qarşılaşıb. Adı açıqlanmayan və təqaüddə olan bir hərbçi, Klintona "Həbsə girəcəksiniz xanım" deyə təpki verib.
 
 ABŞ-da 2016-ci ildə keçirilən prezident seçkilərində Donald Trampa məğlub olan Hillari Klinton, 2020 prezident seçkiləri ərəfəsində Las-Veqasda bir konfransda iştirak edib. Klinton bazar günü keçirilən konfransda gözlənilməz bir təpki ilə qarşılaşıb. Donald Trampın tərəfdarı olduğunu ifadə edən bir iştirakçı ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona müraciət edərək, "Həbsə girəcəksiniz xanım" deyib. Adı açıqlanmayan şəxs Hillari Klintonun "danışıb dinləməkdən çox bağırmaq istəyənlərimiz var" deməsindən sonra təhlükəsizlik əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılıb.
Şəxsin təqaüddə olan hərbçi olduğu ifadə edilərkən, Hillari Klinton baş verən hadisədən sonra Trampın siyasətlərini tənqid edərək sözünə davam edib.
Müxalifət.az