Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Baxış sayı:
10036

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətə məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət məhdudlaşdırılır.
Nəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.