​Heydər Əliyev Fondundan meyxanaçı Kərimlə bağlı XEYİRXAH ADDIM

Baxış sayı:
18403

Heydər Əliyev Fondu meyxana ustası Ağa Kərim Novruzovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.
Trend-in məlumatına görə, ailəsi maddi vəziyyəti ilə əlaqədar Ağa Kərimin müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.
Bununla əlaqədar Heydər Əliyev Fondu meyxana ustasının səhhəti ilə bağlı vəziyyəti araşdıraraq ona dəstək göstəriləcəyini bildirib.