“Heç vaxt Rusiyaya pis araq göndərmərik” - LUKAŞENKO PUTİNƏ SÖYLƏDİ

Baxış sayı:
9928

Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko qonşu ölkəyə ərzaq ixracatı barədə danışıb.
Muxalifet.az  “360” telekanalına istinadən xəbər verir ki, bununla bağlı Lukaşenko Putinə bildirib:
“Nə münaqişə baş verirsə versin, nə qalmaqal olursa olsun, bilməyiniz lazımdır ki, biz heç vaxt rusiyalılara nə pis araq, nə də pis qəlyanaltı ixrac etmərik. Bunu dəqiq bilməyiniz lazımdır”.