Heç bir NATO ölkəsində hərbi əməliyyat keçirilmir - Zaxarieva

Baxış sayı:
8932

NATO genişlənməkdə davam etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın Xarici İşlər naziri Ekaterina Zaxarieva Sofiyada keçirilən “Bolqarıstan NATO-da 15 il. Alyansın 70 illiyi və gələcəyi” adlı konfransda deyib.
E.Zaxarieva bildirib ki, Bolqarıstan NATO-nun layiqli müttəfiqidir və bu qurumun genişlənməsi dayanmamalıdır. O qeyd edib ki, NATO ilə müttəfiq ölkələrin heç birində hərbi əməliyyatlar keçirilmir, münaqişələr baş vermir.
Konfransda iştirak edən NATO baş katibinin köməkçisi Antonio Misiroli Bolqarıstanın təşkilatda fəaliyyətini yüksək qiymətləndirib, Qara dənizdə təhlükəsizliyin təminatında xüsusi rolunu vurğulayıb.